Şəmkirdə kəsilən ağac avtomobilin üstünə düşüb, sürücü ölüb

Şəmkirdə kəsilən ağac avtomobilin üstünə düşüb, sürücü ölüb


Şəmkir rayonunda üzərinə kəsilən ağac düşən şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, mayın 28-də Şəmkir rayonunun Seyfəli kəndində rayon sakinləri Kamal Bədəlov, Rafiq Məmmədov və Abbas adlı şəxs kənd sakini M.Musayevaya məxsus həyətyanı sahədəki 25-30 metrlik ağacı kəsiblər. Həmin ağac yoldan keçən kənd sakini Rasif İsmayılovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin üzərinə düşüb. R.İsmayılov hadisə yerində ölüb.

K.Bədəlov və R.Məmmədov Şəmkir RPŞ əməkdaşları tərəfindən tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
202 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...