Azərbaycanın qaz nəqletmə mərkəzinə kiberhücum olub? - AÇIQLAMA

Azərbaycanın qaz nəqletmə mərkəzinə kiberhücum olub? -


Azərbaycan qazının iki həftə ərzində Türkiyə əvəzinə Rusiyaya nəql edilməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Bu sözləri Axar.az-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. Onun sözlərinə görə, qaz kəmərlərinin idaretmə mərkəzində heç bir problem yaranmayıb:


“Hakerlərin Azərbaycan qazını iki həftə ərzində Türkiyə əvəzinə Rusiyaya nəql etməsi ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır. Qaz kəmərlərinin idaretmə mərkəzində heç bir problem yaranmayıb, bu gün də yoxdur”.

Xatırladaq ki, Çexiyanın “Praqa Deyli Monitor” qəzeti hakerlərin Azərbaycan qazının nəqli istiqamətini dəyişdirdiklərini iddia edib. İddiaya görə, Azərbaycan qazı iki həftə ərzində Türkiyə əvəzinə Rusiyaya nəql edilib.

Qəzetin yazdığına görə, Azərbaycan qaz kəmərinə haker hücumu haqda Çexiyanın kiber təhlükəsizlik strategiyası konsepsiyasının müəllifi Ales Şpidla danışıb. Mütəxəssisin bildirdiyinə görə, qazın nəqli istiqamətini yenidən dəyişdirmək üçün iki həftə vaxt lazım olub. Şpidla bu haker hücumunun nə vaxt baş verdiyini deməyib.
ANS-in məlumatına görə, Ales Şpidla super dövlətlərin kiberhücumlarla başqa ölkələrdən məxfi məlumatları ələ keçirdiyini deyib. O, gələcəkdə həmin dövlətlərdə kiber-hücumlarla xaos yaratmaq imkanlarını araşdırdığını bildirib:
“Çində kiberhücumlar və casusluqla məşğul olan xüsusi hərbi bölmənin 50 minə yaxın personalı var. Rusiya da irimiqyaslı haker hücumları həyata keçirir. Gürcüstan və Estoniyadakı haker hücumlarının izləri Rusiyaya aparır. Voronejdə bu işlə məşğul olan mərkəz fəaliyyət göstərir və 12 min mütəxəssis bu mərkəz üçün işləyir. Kiberhücumların köməyi ilə asanlıqla cəmiyyətlərdə çaxnaşma yaratmaq və dövlət institutlarını diskreditə etmək mümkündür. Bunun üçün sosial ödənişlər sistemini bir neçə həftə bloklamaq kifayət edər. Xüsusə də ən həssas sahələr energetika, qaz kəmərləri, su resurslarının idarə edilməsi, informasiya sistemləridir”.

Məsələ ilə bağlı araşdırmalar davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
340 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...