Tovuz Olimpiya Kompleksində nə işlə məşğul olurlar? - Bunun adına idman deyirsinizsə...

Tovuz Olimpiya Kompleksində nə işlə məşğul olurlar? -


Gördüyünüz bu bina Tovuz Olimpiya Kompleksinin çöldən görünüşüdür.

Heydər Əliyev parkı ilə üzbəüz yerləşən kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 30 may 2007-ci ildə qoyulub. 2011-ci ilin fevralından fəaliyyətə başlayan bina, müxtəlif idman oyunları, yerli və beynəlxalq yarışlar, tədbirlər keçirilməsi, əhaliyə idman və sağlamlıq xidmətinin göstərilməsi üçün nəzərdə tutulub. Qonaqların rahatlığı üçün kompleksin daxilində Avropa standartlarına uyğun hərcür şərait yaradılıb. Kompleksin birinci korpusunda üzgüçülük hovuzu və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd iki yerlik və bir yerlik VIP nömrələri olan beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə 710 tamaşaçı yeri olan əsas idman salonu yerləşir. Bundan başqa, idman kompleksində məşq zalları və köməkçi otaqlar da var.

Dia.az-a daxil olan məlumatda deyilir ki, bu nəhənglikdə ictimai iaşə obyektinin heç bir xidmət sahəsi rəsmi sənədlərlə, müqavilə ilə çalışmır. Beləliklə, dövlət obyektini bazaar çevirən Məmmədov vergi ödənişlərindən də məharətlə yayınır. Mənbənin dia.az-a söylədikləri: “İdman kompleksini açıq-aşkar insan bazarına çevirib, şəxsi obyekti kimi istismar edən Mübariz adlı şəxsin rayon daxilində gizli kommersiya fəaliyyəti ilə də məşğul olduğu bildirilir”. Yerli sakinlərin dediyinə görə, Tovuz rayonundakı “Turanbazarı” da Mübarizə məxsusdur. O, Tovuz Rayon İcra Hakimiyyətinə külli miqdarda rüşvət verərək, kommersiya obyektlərinin dairəsini genişləndirir. Rayonda faktiki “ataman”lıq edən Mübarizin kimliyi ilə maraqlandıq. Məlum oldu ki, hazırda dövlət əhəmiyyətli bir ictimai mərkəzə, Rayon Olimpiya Kompleksinə rəhbərlik edən bu şəxs uzun müddət Ukraynada alverlə məşğul olub və idmanla yaxından-uzaqdan hər hansı əlaqəsi yoxdur.

Qısası, əlaqədar dövlət qurumlarında konkret şəxsləri ələ alaraq, vəzifə başına keçən Məmmədov, köhnə alverçi peşəsini daha geniş şəkildə davam etdirir. Tovuz Olimpiya Kompleksini insan bazarına çevirib, şəxsi obyekti kimi istismar edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...