Cahangir Hacıyevin xanımı həbs olunub? - AÇIQLAMA

Cahangir Hacıyevin xanımı həbs olunub? -


Baş Prokurorluq Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçildiyi barədə xəbərlərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a bildirib ki, Z.Hacıyevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı KİV-lərdə gedən xəbərlər həqiqəti əks-etdirmir.

Qeyd edək ki, bu barədə xəbəri “bastainfo” saytı yayıb. Saytın xəbərinə görə, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Xəbərdə bildirilir ki, Z. Hacıyeva korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...