Mübariz Ağayev nazir müavini təyin olunmayıb

Mübariz Ağayev nazir müavini təyin olunmayıb


Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, Prezident İlham Əliyevin sərəncamı ilə işdən çıxarılan Göyçay rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübariz Ağayev daha yüksək posta təyinat alıb

Məlumatlara görə, Mübariz Ağayev prezidentin digər sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini təyin edilib.

Məsələ ilə bağlı Kənd Təsərürfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mutuzəli Hacıyev Modern.az saytına məlumatın doğru olmadığını bildirib:
“Deyilənlər həqiqətə uyğun deyil. Kənd Təsərrüfatı Nazirliyində nazirə yeni müavin təyin olunması barədə rəsmi məlumat yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...