Prezident Laçın rayonuna icra başçısı təyin etdi

Prezident Laçın rayonuna icra başçısı təyin etdi


Laçın Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib. "Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Aqil Ağaxan oğlu Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Aqil Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub.

1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.

2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridir.

3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edib.

40 yaşı var.


Prezident Laçın rayonuna icra başçısı təyin etdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
212 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...