Ağdaşda baş həkim Nuru Nuruyev tibb işçilərinin ezamiyyət pulunu niyə vermir?

Ağdaşda baş həkim Nuru Nuruyev tibb işçilərinin


Ağdaşın mərkəzi rayon xəstəxanasının tibbi personalının ixtisasartırma və təkmilləşdirmə kurslarından keçmək üçün ayrılan ezamiyyət xərcləri kurslarda iştirak edən tibb işçilərinə verilmir.

2015-ci ilin noyabr ayında Mingəçevir şəhərində 23 gün kurslarda olmuş, hər gün yola-nəqliyyata azı 3 manat xərcləmiş 15 nəfər tibb işçisi bu xərclərini geri ala bilmir. 24saatQeyd olunan xəstəxananın mühasibatlığından onlara bildiriblər ki, gözləməyin, olmayacaq, belə bir vəsait yoxdur.

Xəstəxanadan onlara onu da deyiblər ki, hara istəyirsiz şikayət edə bilərsiniz. Saytımıza daxil olan məlumatda iddia olunur ki, tibb işçilərinə verilməli olan ezamiyyət pulunu xəstəxananın baş həkimi Nuru Nuruyev mənimsəyib.

Səslənən iddialara münasibət öyrənmək məqsədi ilə Ağdaş mərkəzi rayon xəstəxanasının (020) 23-5-50-80 nömrəli telefonuna etdiyimiz zənglər isə faydasız oldu. Dəfələrlə etdiyimiz cəhddən sonra zəngimizə cavab verməyə məcbur olan cənab məqsədimizi bildiyi an dəstəyi yerinə asmaqla problemin həllindən yaxa qurtarmağa çalışdı.

Mövzuya qayıdacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
265 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...