“Formula-1”də qəza baş verdi - Maşın bu hala düşdü+Video

“Formula-1”də qəza baş verdi -


Bakıda keçirilən “Formula-1” üzrə Avropa Qran-prisinin birinci test yürüşündə qəza baş verib. GUNDEMİNFO.AZ apasport.az-a istinadən xəbər verir ki, “Red Bull” komandasının pilotu Daniel Rikkardo idarəetməni itirib. Nəticədə o, bolidi divara çırpıb. Bundan əlavə, 3 pilot döngələrdən birində istiqaməti səhv salıb. Bunlar “Haas” komandasının pilotu Esteban Qutyerres, “Renault”un pilotu Kevin Maqnussen və “Red Bull”un pilotu Daniil Kvyat olub.

Belə ki, 16-cı döngədə sola dönməli olan pilotlar düz istiqamətdə hərəkət ediblər. Lakin yolun bağlı olduğunu görərək, sonradan istiqaməti düzəldiblər. Qeyd edək ki, “Formula-1” üzrə Avropa Qran-prisi iyunun 19-da baş tutacaq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
396 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...