Mühim görüş - ya müharibə olacaq - ya da...

Mühim görüş - ya müharibə olacaq - ya da...


GUNDEMİNFO.AZ Sabah Azərbaycan tarixi üçün son 20 ilin ən mühüm tarixi hadisəsi yaşana bilər.

Ya rayonlar qaytarılacaq, ya aprel döyüşlərinin davamı gerçəkləşə bilər.

Bu arada, prezidentlərin sabah Peterbruqda baş tutacaq görüşündən üç gün əvvəl Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri İranda 4 günlük səfərdə olublar.
Altından xətt çəkim: Məqsəd iki ölkə arasında hərbi əməkdaşlığı yeni sferaya keçirməkdir.

Başqa sözlə, yeni silahlar alacaq, yeni zavodlar tikiləcək.

İranın bu səfərə ilin-günün bu vaxtında izin verməsi yəqin ki, qarşılıqsız qalmayacaq.

Başqa bir vacib məsələ də var.

Putinin yaxın dostu, MDU-nun müəllimi Yevgeni Satanovski Dağlıq Qarabağa gəlib.

Qondarma rejimin kukla məclis rəhbəri Aşot Qulyanla görüşən Şərq və Qafqaz üzrə mütəxəssis sabah görüşdən əvvəl səfərin hesabatını Putinə təqdim edəcək.

Bu arada Azərbaycan görüşün effektini artırmaq üçün tarixinin ən böyük hərbi təlimlərinə başlayıb.

19-24 iyundatəlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq.

Əgər sabah Peterburq görüşündən olumlu nəticə çıxmazsa, Azərbaycan ordusu Naxçıvan və Ermənistanla bütünsərhədd boyunda real əməliyyatlara başlamaq ehtimalı çox güclüdür. Bu dəfə yalvarmağa yol da qalmayacaq, Sarkisyan...
Aziz Alibeyli


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...