“Azəriqaz”dan kütləvi ixtisarlar olması barədə rəsmi - AÇIQLAMA

"Azəriqaz” İstehsalat Birliyi bəzi sosial şəbəkələrdə kütləvi ixtisarların aparılması barədə yayılan məlumatlara münasibət bildirib. Birliyin mətbuat xidmətindən GUNDEMİNFO.AZ -a verilən məlumata görə, "Azəriqaz”da kütləvi ixtisarların aparılması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil: "SOCAR-ın bütün müəssisələrində olduğu kimi, "ErnstYoung Holdings" (CIS) B.V. beynəlxalq audit şirkətinin "Azəriqaz” İB-də də aparılan audit yoxlaması başa çatıb. Bunda məqsəd Birliyin iş funksiyasının beynəlxalq standartlara uyğunlaşdırmaq, eyni zamanda xidmət səviyyəsinin yüksəldilməsidir".
"Audit yoxlamasının nəticəsinə görə, hər hansı bir şöbənin ləğv edilməsi və ya işçilərin ixtisar edilməsi nəzərdə tutulmayıb. Hər bir şöbə və işçi öz iş funksiyasını yerinə yetirir. Xidmət səviyyəsinin yoxlanılması və yüksəldilməsi məqsədilə gələcəkdə beynəlxalq audit şirkətlərinin xidmətindən yenə də istifadə olunacaq", - deyə açıqlamada qeyd olunub. Birlikdən onuda bildiriblər ki, əgər gələcəkdə ixtisarlar başlayarsa ilk öncə subbakalavr təhsilli (orta ixtisas) mühəndis və ya mütəxəsis vəzifəsini icra edən bütün şəxslər 6-cı dərəcəyə qədər fəhlə peşəsi üzrə işlər təklif olunacaq qeyd olunan hal ilə raziılaşmayan işcilər 5-misli əmək haqqı dəyərində ödənilməklə işdən azad olunacaq. İxtisasca mühəndis olmayan ali təhsilli şəxslərə isə daha uygun vəzifələrdə yerləşdirmək planlara daxildir. Qeyd edək ki, Beynəlxalq audit "ErnstYoung Holdings" Azəriqaz İB-də kadrlarin düzgün yerləşdirilməməsi nöqsanını xidmət səviyyəsinin yüksəldilməsinə mane olan hal kimi qeyd edib.
727 dəfə oxundu