Emənistandan Azərbaycana sursat gətirilib

 Emənistandan Azərbaycana sursat gətirilib


Ermənistandan Azərbaycana silah göndərilib. ANS PRESS-in erməni KİV-inə istinadən verdiyi məlumata görə, 2015-ci ildə Ermənistandan Azərbaycana silah-sursat aparılıb. Bu, Dövlət Gəlirləri Xidmətinin statistikası zamanı üzə çıxıb.

Ermənistanın komitə sənədlərinə əsasən, ölkəmizə gətirilən silah-sursatın gömrük dəyəri 84.55 dollar dəyərində olub.

Məsələyə Dövlət gəlirləri komitəsi münasibət bildirərək qeyd edib ki, Ermənistan yığması Bakıda keçirilən Avropa Oyunlarında güllə atıcılığı üzrə yarışlarda iştirak etmək üçün 400 ədəd "5,6 mm-lik" patron aparıb.

Mənbədən verilən məlumata görə, 2014-cü ildə Azərbaycandan Ermənistana xalça aparılıb. Komitənin məlumatında qeyd edilir ki, xalçalar Azərbaycan istehsalıdır, amma Ermənistana başqa ölkələrdən gətirilib.

Xalça Ermənistana 2014-cü ilin oktyabrında aparılıb və "Matenadaran" qədim əl yazmalar institutuna mədəni irs nümunəsi kimi təqdim edilib. Onun ölçüsü 3,17 kvadrat metr və dəyəri 596,45 dollar olub. Bu, 1940-50-ci illərə aid "Şəki-Şamaxı" xalçasıdır.

Dövlət gəlirlər komitəsi xalçanın Ermənistana ABŞ-dan gətirildiyini vurğulayıb.


 Emənistandan Azərbaycana sursat gətirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...