Ermənistan qarışır: Kreml Sərkisyanı aradan götürəcək

Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedir və bu, getdikcə daha kəskin hal alacaq.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. Deputatın sözlərinə görə, Ermənistanın sahibləri hazırkı hakimiyyətin zəiflədiyini görürlər və onlar öz dayaqlarını möhkəmləndirmək üçün daha etibarlı adamlarını vəzifələrə gətirəcəklər:
“Ermənistanda belə hakimiyyət dəyişiklikləri dəfələrlə olub və bu, hər zaman hərbi forpostun möhkəmlənməsinə xidmət edib. Ermənistanı müstəqil kimi dövlət kimi göstərməyə çalışmaq, zənnimcə, səhv siyasət olardı. Hər şey yalnız bir məsələdən - indiki hakimiyyət nümayəndələrinin sahiblərinə xidmətindən asılı olacaq. Hansısa məqamlarda şübhələr artanda, adətən, bu ölkədə dərhal hakimiyyət nümayəndələri aradan götürülür. Hesab edirəm ki, proses gərginləşdiyindən məhz bu dəfə də Ermənistanın hakimiyyəti qarşısında Qarabağ konflikti vəd olunub. Artıq İrəvanda çox ciddi siyasi dəyişikliklər qaçılmazdır. Bir sözlə, Ermənistanda hakimiyyət dəyişikliyi məhz Qarabağdan başlaya bilər”.
246 dəfə oxundu