Obama özünə yeni iş axtarır

Obama özünə yeni iş axtarır


ABŞ lideri Barak Obama prezident səlahiyyəti başa çatdıqdan sonra nə işlə məşğul olacağını açıqlayıb.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Təxminən yeddi ay sonra iş axtarmalı olacağam və bundan dolayı xoşbəxtəm. “Linkedın” sosial şəbəkəsində hesab açıb, qarşıma nələr çıxacağına baxacağam”, - Obama qeyd edib.


ABŞ-da investisiya samitində çıxış edən Obama investorlara müraciət edib. ABŞ-ın investisiya üçün dünyadakı ən etibarlı və güclü ölkə olduğunu müdafiə edən Obama, ölkədə məşğulluğun 75 aydır artaraq rekord həddə çatacağını, Trans-Sakit Tərəfdaşlığı kimi böyük ticarət müqavilələrinin yaxında dövrəyə girəcəyini və lisey buraxılış nisbətinin tarixin ən yüksək səviyyəsinə çatdığını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
208 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...