Rusiya baş məşqçisi üzr istədi və istefa verdi

 Rusiya baş məşqçisi üzr istədi


Rusiya millisi komandasının baş məşqçisi Leonid Slutski istefa verib. GUNDEMİNFO.AZ yazır ki, AzVision.az Rusiya Kİv-nə istinadən xəbər verir ki, Slutski qərarını Uelslə oyundan sonra açıqlayıb.

Ötən gün komandasının Uelslə oyunda 0:3 hesabı ilə məğlub olmasından sonra Slutski postundan ayrıldığını açıqlayıb: “Bu nəticələrdən sonra əsas məsələ baş məşqçi dəyişikliyi olmalıdır. Növbəti turnirə başqa bir mütəxəssislə hazırlaşmaq ölkə futbolunun inkişafı üçün daha faydalı olar. Yeni baş məşqçinin kimliyini isə Rusiya Futbol İttifaqı müəyyənləşdirməlidir”.

Slutski Uelsə böyük hesablı məğlubiyyətə görə də azarkeşlərdən üzr istəyib: “Çox zəif oynadıq və məğlubiyyətə layiq idik. 90 dəqiqə ərzində zəif çıxış etdik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
236 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...