Çər. axşamı      18 mart 2025     02:19:03  

Lerikin kəndlərində biabırçı durum - icra başçısının menyüsünə

Lerikin kəndlərində biabırçı durum -


Lerik rayon rəhbərliyi kəndləri tamamilə unudub. İcra başçısı Rövşən Bağırovun başı Lerikdəki istirahət mərkəzlərindən yay mövsümündə haqq yığmağa qarışıb.

Məlumata görə, bunun nəticəsində kəndlər baxımsız vəziyyətdə qalıb. Elə Lerikin Veri kəndində yerləşən kitabxananın halı Lerik rayon İcra Hakimiyyətinin mədəniyyət mərkəzlərinə münasibətinin faktiki nümunəsi kimi qiymətləndirilməlidir.

Bu kitabxananın fotosu sosial şəbəkələrdə yayılıb. Fransada keçirilən futbol üzrə Avropa Çempionatına milyoinlar yatıran məmurlar Lerikin kənd kitabxanasını heç yada salmır.

Yerli sakinlər isə şikayətlənir ki, bunu heç olmasa Lerik rəhbərliyi etməlidir. R.Bağırovun laqeydliyi sayəsində kitabxana mal-qara saxlanan yerə çevrilib. Əgər kitab, təhsil, mütaliə məntəqəsi mal-heyvan yeridirsə, deməli Lerik icra başçısının təhsilə verdiyi qiymət bundan ibarətdir. Tövlədə kitabxana isə yalnız R.Bağırovun idarəçiliyi dövründə mümkündür. /tia.az/


Lerikin kəndlərində biabırçı durum -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...