Hələ ki Türkiyə millisi üçün şans görünmür - ikinci devrə başlayır

Bu gün E qrupunda keçiriləcək iki oyunla bütün 1/8 finalçılar bəlli olacaq. Hazırda davam edən oyunlar həm də Türkiyə millisinin taleyini həll edir.
Keçirdiyi hər iki görüşdə qalib gələn İtaliya millisi İrlandiya ilə mücadilə aparır. Qrupu lider kimi başa vurmaq üçün Antonio Kontenin komandasına 1 xal da kifayətdir.
İrlandiyalılar isə qələbə sayəsində dörd ən yaxşı 3-cü kimi qrupdan çıxa bilər.
Digər görüşdə isə İsveç və Belçika milliləri üz-üzə gəlib. Skandinaviyalıları yalnız qələbə qane edirsə, belçikalılara bir xal da kifayət edir.
E qrupu
23:00. İtaliya - İrlandiya - 0:0 (Birinci hissə)
Baş hakim: Ovidiu Hateqan
Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George
Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)
Lill. “Pyerr Morua” stadionu
İsveç - Belçika - 0:0 (Birinci hissə)
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Nitsa. Şəhər stadionu
Hər iki oyun üzrə İtaliya və Belçikanın uduzmaması halında, Türkiyə millisi növbəti tura yüksəlir. (Qol.az)
282 dəfə oxundu