Devid Kemeron istefa verdi

Devid Kemeron istefa verdi


İngiltərənin baş naziri Devid Kemeron tutduğu vəzifədən istefa verib. Bu barədə xəbər beynəlxalq informasiya agentlikləri tərəfindən yayılıb.

Kemeronun istefasının səbəbi dünən Böyük Britaniya əhalisinin Avropa Birliyində qalıb-qalmamaq məsələsinin çıxarıldığı referendumda birlikdən çıxmaq variantına səs verməsidir. Musavat.com xatırladır ki, dünən keçirilən referendumun nəticəsində Avropada və dünyada böyük ajiotaj yaranıb və Britaniya əhalisinin bu mövqeyinin dünyada siyasi kataklizmlərə səbəb olacağı düşünülür.

Belə bir vaxtda AB-də qalmağın tərəfdarı olan D.Kemeronun məğlub olacağı təqdirdə vəzifəsində qalmayacağı proqnozlaşdırılmışdı. Görünür ki, baş nazir ondan gözlənilən addımı atıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
260 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...