HÖKUMƏTİN UNUTDUĞU, MİRDAMƏTİN ALDATDIĞI İSMAYILLI...

HÖKUMƏTİN UNUTDUĞU, MİRDAMƏTİN


İsmayıllı camaatı problemlərin əlindən üsyan edir; prezidentin ayırdığı milyonlar havaya sovrulub

Problemlər girdabında boğulan rayonlardan biri də İsmayıllıdır. Bu rayonun sakinləri məmurların məqsədli şəkildə yaratdığı sosial problemlərdən əziyyət çəkirlər. İsmayıllının su, qaz, işıq və yol problemləri barədə mətbuatda dəfələrlə məlumatlar getsə də, aidiyyətli qurumlar heç bir tədbir görmürlər.

Elə bunun nəticəsidir ki, İsmayıllı camaatı Allahın ümidinə qalıb. Sakinlərin kommunal problemləri sırasına nəqliyyat dərdi də əlavə olunub. Üstəlik, yağan qısamüddətli yağış qeyd etdiyimiz problemləri daha qabarıq şəkildə üzə çıxarıb. Belə ki, yollar bərbad vəziyyətdə olduğundan, yağış yağan saatlarda və ondan xeyli sonra nəqliyyatın hərəkəti çətinləşir, insanlar böyük əziyyət çəkirlər.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı bəzi rayonlarda başçılarının şəxsi biznesinin inkişafına xidmət etməkdən ibarətdir. Rayon icra başçıları proqramların icrası adı altında özlərinə yaxın olan iş adamlarını və ya sahibkarları bu layihələrə cəlb edir və külli miqdarda dövlət vəsaitini mənimsəyirlər. Bu barədə konkret rayonlar və konkret faktları qeyd edəcəyik.

Belə məmurlardan biri İsmayıllının icra başçısı Mirdamət Sadıqovdur. Əslən bu rayondan olan Mirdamət Sadıqov 3 ildir ki, icra başçısı postundadır. Onun mətbuatda pul verib yazdırdığı yazılarda (şifarişli yazılarda hərf səhvləri göz deşir.) qeyd olunduğu kimi, O, bir LİDERdir.

Üstəlik, sən demə ondan xahiş ediblər ki, İsmayıllıdakı vəziyyəti yalnız o düzəldə bilər və xahiş edirik bu rayona icra başçısı get. Sözün həqiqi mənasında ciddi məsələdir. Biz bildiyimiz kimi, icra başçısı təyinatını ölkə prezidenti ilham Əliyev həyata keçirir. Münasib bilinən adam icra başçısı təyin olunur. Daha xahiş zad olunmur.

Amma Mirdamət Sadıqovun pul verib özünü müdafiə etdirdiyi yazılarda isə qeyd olunur ki, ondan İsmayıllıya icra başçısı getməsi üçün xahiş olunub. Çünki, sən demə (bunu da yazıda belə qeyd edirlər) İsmayıllıların lideri, atası Mirdamət Sadıqov imiş. İsmayıllı sakinləri onu bir LİDER olaraq görür…
Yazılarda daha bir maraqlı fakt qeyd olunur. Bildirilir ki, Mirdamət Sadıqov Azərbaycandakı məmurların əksəriyyətindən varlı ,imkanlıdır və onun pula, xərac yığımına ehtiyacı yoxdur. Lap gözəl… Əgər elədirsə, İsmayıllı rayonundan gələn şikayətlər, işsiz vətəndaşları narazılığı nədən yaranır?

Tək bir suala Mirdamət Sadıqovdan cavab istəyək

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində İsmayıllıda tütünçülüyün və baramaçılığın bərpası istiqamətində tədbirlər həyata keçirilir. Topçu, Qurbanəfəndi, Qalınçaq və Təzəkənd kəndlərində tütün yetişdirilməsi məqsədilə 5.0 ha torpaq sahəsi şumlanaraq əkinə yararlı vəziyyətə gətirilib. Mirdamət Sadıqov bu biznesi kimə tapşırıb və bu işlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən nə qədər vasait ayrılıb?
İcra başçısından əvvəl biz bu suala cavab da verək. Hazırda İsmayıllıda tütünçülüyün və baramaçılığın bərpası istiqamətində görülən işlərə Mirdamət Sadıqovun ən yaxın adamı rəhbərlik edir. Külli miqdarda pul artıq yoxa çıxıb. Ortada isə ciddi bir nəticə yoxdur. Daha ciddi faktları yaxın günlərdə təqdim edəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...