Xəstənin sağlam ayağını kəsən həkim danışdı: "Səhv salmışam"

Xəstənin sağlam ayağını kəsən həkim danışdı:


Bakıda səhvən xəstənin sağlam ayağını kəsən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzinin həkimi Valeh Kərimov danışıb.

Gundeminfo.az-ın azvision.az saytına istinadən xəbərinə görə, həkim əməliyyat zamanı səhvə yol verdiyini etiraf edib: “Xəstə 87 yaşında xanımdır, iki ayağı ateroskleroz olub. Xəstənin ayaqlarından biri qanqeranaya uğrayıb. Xəstəyə baxılan zaman bildirildi ki, bir ayağı mütləq amputasiya olunmalıdır. Digər ayağının da sağalma ehtimalı yox idi. Xəstənin ailə üzvlərinə bildirmişdim ki, digər ayağı da 3-4 günə amputasiya olunmalıdır”.

V.Kərimov xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat keçirildiyini bildirib.

“Xəstə təcili əməliyyat olunmalı idi. Təcili kəsiləsi ayağı kəsməliyik. Xəstənin hər iki ayağı sarğıda idi. Hansı ayağının qanqrena olduğunu seçmək olmurdu. Mən mexaniki olaraq səhvə yol verdim. Sonra bildim ki, səhv ayağı kəsmişəm. Xəstənin onsuz da hər iki ayağı kəsilməli idi. Əməliyyat olmasaydı, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Etiraf edirəm, səhvə yol vermişəm. Birinci qanqerana olan ayağı amputasiya etmək lazım idi, sonra ikinci ayağı. Texniki səhv idi. İndiyədək heç bir xəstəm məndən narazılıq etməyib. Sadəcə tibb personallarının səhvi üzündən başıma belə iş gəldi. Əməliyyat masasında sağla solu müəyyənləşdirə bilmədim. Dedim ki, təki xəstənin həyatını xilas edim, əməliyyat tez bitsin”.

Xəstənin sağlam ayağını kəsən həkim danışdı:
Xəstənin sağlam ayağını kəsən həkim danışdı:


60 yaşı olduğunu deyən Valeh Kərimovun sözlərinə görə, xəstənin qızları onun üstünə hücum edirlər. “Xəstənin qızları üstümə hücum çəkirlər. Şəkərim qalxıb, özümü narahat hiss edirəm. Müstəntiq mənə zəng etdi. Dedim ki, xəstənin yaxınları olan yerə çağırmayın. Başqa yerə çağırın, gəlim ifadə verim. Onlar da razılaşdılar”.

***
Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.

Gundeminfo.az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə xəstənin yaxınları xəbər verib.

Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar".

Məsələ ilə bağlı mərkəzdən əvvəlcə bu adda həkimin onlarda çalışmadığı bildirilib. “Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində əməliyyat edilib”, - deyə mərkəzin baş həkiminin katibəsi bildirib.

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski isə faktı təsdiqləyib. O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. “Bu işə görə mən özüm də şokdayam”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məsələ ilə bağlı nazirlik tərəfindən xüsusi Komissiya yaradılıb, araşdırma aparılır. Həmçinin hüquq-mühafizə orqanları da bu işə cəlb olunub. Hər iki tərəfin apardığı araşdırmalardan sonra nəticə ictimaiyyətə açıqlanacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1224 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...