52 yaşlı azərbaycanlı tullantılardan necə sənət əsəri düzəldir? - VİDEO

Bəzən yararsız bildiyimiz tullantılardan maraqlı əl işləri yaratmaq da olur. Köhnəlmiş təkərlərə yeni həyat verən qəhramanımızın etdiyi kimi. 52 yaşlı siyəzənli mühəndisin yaratdığı əl işləri hər kəsin marağına səbəb olur. Onun düşüncəsinə görə, ideya olduqdan sonra tullantı deyilən nəsə yoxdur: “Hər bir tullantıdan nə isə düzəltmək mümkündür. Sadəcə bir az fikirləşmək lazımdır. Həmişə fikir verirdim ki, bayram günlərində bu təkərləri yandırırlar. Ətraf mühit korlanır. Fikirləşirdim ki bundan nə isə bir gözəllik əmələ gəlsin. O vaxtdan da bu işlə məşğul olmağa başladım. Əvvəlcə ququş, daha sonra flaminqo və timsah”.
Söhbət 3 ildir köhnə təkərlərdən marağlı əl işləri düzəldən Siyəzən rayon sakini Cavid Yəhyayevdən gedir. İxtisasca neft mühəndisi olan Cavidin belə fiqurları düzəltməkdə məqsədi təbiəti artıq tullantılardan təmizləməkdir.
C.Yəhyayevin kolleksiyasında 40-dan çox müxtəlif fiqur var. Onun sözlərinə görə, bu sənəti öyrənmək istəyənlər az deyil. Lakin əksəriyyəti çətinlikləri gördükdən sonra geri çəkilir. Cavid Yəhyayevin sözlərinə görə, təkələrdən düzəltdiyi əşyalar üçün müraciət edən xeyli müştəri var. Təkərdən hazırlanan əşyalardan bağ evlərində, uşaq baxçalarında da istifadə etmək olar. Bu əşyalar yumşaq olduğuna görə körpələr üçün tam təhlükəsizdir.(Region TV)
246 dəfə oxundu