Atatürk" hava limanında terror baş verib, 28 nəfər ölüb, 60 nəfər yaralanıb FOTO

Türkiyənin rəsmi Anadolu Agentliyi İstanbulun Atatürk Hava limanında baş vermiş terror hadisəsi zamanı 6-sı ağır olmaqla 60 yaralı olduğunu bildirib.
Yaralılar patlayışdan sonra əraziyə cəlb edilmiş 49 təcili tibbi yardım maşını ilə xəstəxanalara daşınıb.
İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu qeyd edib.
***
23:58
Bakı-APA. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İstanbul Atatürk Hava limanındakı terror hücumu zamanı 10 nəfərin həlak olduğunu bildirib.
APA-nın xəbərinə görə, nazir bildirib ki, bir terrorçu əvvəl ətrafındakılara atəş açıb, daha sonra isə özünü partladıb: “İlkin məlumata görə, 10 şəhidimiz var”.
Bozdağ 20-yə qədər də yaralının olduğunu deyib.
Hazırda “Atatürk” hava limanında təyyarələrin uçuşuna və enməsinə qadağa qoyulub.
Dövlət Hava Meydanları İşlətmələrindəki mənbə Türkiyənin “Hürriyyet” qəzetinə bildirib ki, hava limanında 2 canlı bomba patlayıb. Onlardan biri xarici uçuşlar terminalında, biri isə avtomobil dayancağında özünü partladıb.
*** 23.29
Bakı-APA. İstanbulun "Atatürk" beynəlxalq hava limanında güclü partlayış baş verib.
APA-nın xəbərinə görə, iki partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.
Məlumata görə, hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır.
Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.
Hadisənin terror aktı olduğu bildirilir. Partlayışdan sonra hadisə yerində terrorçuya məxsus "Kalaşnikov" markalı avtomat aşkar olunub.
Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.
420 dəfə oxundu