Putin Türkiyəyə başsağlığı verib

Putin Türkiyəyə başsağlığı verib


Rusiya prezidenti Vladimir Putin İstanbulda baş vermiş terror aktı ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Putin rus və alman şagirdləri ilə söhbəti zamanı 36 nəfərin həyatına son qoyan terror aktını pisləyib. “Biz təəssüflənirik, terror aktı qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən gecə İstanbul hava limanında baş vermiş terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...