İcra başçısının verdiyi iftar süfrəsinin sirrli pərdələri açıldı... - Rüşvət bataqlığında boğulanlar

Son zamanlar hakimiyyət daxilindəki "təmizləmə” əməliyyatı məmurlar arasında müxtəlif reaksiyalı hərəkətlənməyə səbəb olub. Belə ki, bir qrup öz postunu qorumaq, yaxud həbs təhlükəsindən yayınmaq haqda düşünərkən digər bir qrup postunu yeniləmək, daha yüksək vəzifəyə yiyələnmək mücadiləsinə başlayıb.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin də "kadr islahatları”na qurban gedəcək vəzifəlilər sırasında olması ASC rəhbərinin müavinləri arasında gərginliyin yaranmasına səbəb olub. Yarandığı gündən Əhməd Əhmədzadənin rəhbərliyi altında olan Meliorasiya və Su Təsərrüfatı ASC dövlətin ən çox korrupsiyalaşmış və büdcədən ən çox pul ayrılan qurumlarından biri hesab olunur. Meliorasiya və Su Təsərrüfatı ASC-dəki yeyintilərə rəhbərlik edənlər qorxu içindədirlər.
Zaqatala Melioserviz idarəsində yeyintilər barədə daxil olan məlumatlar öz əksini tapmaqdadır. Məhz bununla bağlı redaksiyamız bir daha Əhməd Əhmədzadənin aparatından heç bir qarşı tərəf mövqeyinin verilməsi tələbində olmayacaq. Ona görə ki, Tovuz rayonunda baş verən qanunsuzluqlarla bağlı Aparat rəhbərinin müavini Ramiz Cəfərovla görüşümüz zamanı o bildirdi ki, jurnalistlər kimdir ki, onlara hansısa məlumatı verə. Heç kim olduğumuz üçündə onun timsalında jurnalistlərə yanaşan kəslərdən münasibət öyrənmək bizə gərəkli deyil artıq. Zaqatala Əliabad kənd sakini Melioservisin vəzifəli əməkdaşı rayonda yetəri qədər nüfuz sahibidir. Məsələ o yerə çatıb ki, artıq məmur prezidentin dediklərinə belə məhəl qoymaq istəmir. Ulu Öndərin siyasi kursunun davamçısı Preziden İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, məmurların bizneslə məşğul olması qadağandır. Ya dövlət quluğun layiqli yerinə yetirsinlər, ya da vəsiqələrin təhvil verib biznesləri ilə məşğul olsunlar. Bütün bu deyilənləri qulaq ardına verən ölkə rəhbərinin sözlərinə məhəl qoymayan ZAQATALA MELİOSERVİS İDARƏSİNİN rəisi İdris Qurbanov tabeçiliyində olan sahə rəisi Musa bəy, rayonda Hotel restoranlar şəbəkəsinin sahibinə çevrilib. ZAQATALA MELİOSERVİS İDARƏSİNİN rəisi İdris Qurbanov bütün bunlar başverərəkən hara baxdığını isə heç kəs bilmir. Musa bəyin Əliabad kəndində gizli obyektləri olması dövlət qurumlarından gizlədildiyi barədə məlumat daxil olub. Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Zaqatala rayonuna səfər edərək hər şeyin doğrusunu öyrənməyə Musa müəllimin İdris Qurbanovdan belə gizlətdiyi şəxsi biznesini "balıqçılıq təsərrüfatı" hansı pullarla yaradıldığına aydınlıq gətirməyə çalışdıq. Bütün bunlara baxmayaraq Musa müəllimlə heç cürə əlaqə saxlaya bilmədik.
Yol İstismar İdarəsinin qarşısına Qoyulan İFTAR tələbi...
Zaqatalada TANINMIŞ İŞ ADAMI ACALOVUN QUDASI təzyidlərdə qalıb...?
Yollara ayrılan pulların qaynağı başqa imarətlərin tikilməsin rəvac verib.
17 saylı Yol İstismar İdarəsinin müdiri Mövlud Qəhrəmanov rəhbərlik etdiyi qurumun daxilindən aldığımız məlumata görə, dövlət tərəfindən yollara ayrılan pullar səliqəli şəkildə silinməkdədir. Və bunun qarşılıqında isə Mövlud Qəhrəmanov mülk ticarət biznes sahələrini genişləndirməkdir. 17 saylı Yol İstismar İdarəsinin müdiri Mövlud Qəhrəmanov şəxsi şadlıq evi olmasına baxmayaraq bununla kifayyətlənmək istəmir. Bu yaxınlarda yenidən başı işlərdən ayrılmayan Mövlud Qəhrəmanov 1.500 kv.m. olan ərazidə böyük lahiyyədə tikitiyə start verib. Bütün bu tikintinin sonunda hansı kompleksli lahiyə ortaya çıxmasını xəbər almağa çalışsaqda Mövlud Qurbanov gördüm deyən olmadı. Mövlud müəllim media ilə görüşdən qaçaraq oğlunu media önünə çıxarıb, münasibət bildirməsini təmin etmək fikrinə düşdü. Bizsə öz növbəmizdə oğlunun idarədə hansı vəzifədə çalışdıqın ilk olaraq xəbər aldıq. Məlum cavab isə, heç bir vəzifəsinin olmadığını və atasının media nümayəndələrinə açıqlama vermək istəmədiyini bildirdi. Nə sualınız varsa mənə verin, cavab verim. Oğlu atasından qoçaq çıxdı desək yanılmarıq. Bütün bu əmlakın, tikintilərə və şadlıq evi, restoranlara xərclənən pulların hardan necə qaynaqlandığını xəbər aldıq. Bu dəyirmanın suyunun hardan gəldiyini deməkdən boyun qaçıran Mövlud bəyin oğlu qısa olaraq, bir məqama toxundu. "Bəy sizə nə maraqlıdır hardan necə əldə edilib "zato" Zaqatalanın icra başçısı hansısa tələbləri qoyanda bütün bunları idarənin əvəzinə atam Musa edir. Sağ ol demək əvəzinə hələ bir araşdırırsız ki, nə hardan gəlib. Zaqatalada icra başçısı iftar süfrəsi açdı, biriniz soruşdumu bu pulları kim ödədi...
Bilmirsinizsə deyim bilin. Mübariz Əhmədzadə atama zəng edərək rayonda iftar süfrəsinin təşkil edilməsinin bütün xərclərini ödəməyini tələb etdi, atamsa rayonun rəhbəri olduğu üçün əlacsız qalaraq bütün xərcləri ödədi.
Ardı var...
Mübariz Əhmədzadə kiminlə bəhsə girib İftar süfrəsi təşkil etdirib?
Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi yerli nümayəndəliklərindəki rüşvətin tüğyan etməsinə niyə göz yumur?
Ramiz Cəfərovun bu flimdə hansı rolu var?
Hansı Tanınmış iş adamının oğlu və məmurun kürəkəni narkomandır?
529 dəfə oxundu