Zakir Fərəcov Müqayis Verdiyevi qurban verir? - Sumqayıtda skandal

Sumqayıt şəhərində aparılan quruculuq, abadlıq işlərinin iş adamı, keçmiş məhbus Müqayis Verdiyevə həvalə edilməsi Zakir Fərəcovu bir neçə nazirlə üz-üzə qoyub.
Arqument.Az-a daxil olan məlumata görə, Sumqayıt icra başçısı Zakir Fərəcov şəhərin abadlaşdırılması, quruculuq işlərinin aparılması üçün yerli iş adamlarından yüksək məbləğdə vəsaitlər yığmaqla "böyük işlər" görməyə başlayıb. Belə ki, Sumqayıtda bu tikintilərə icra başçısının ən yaxın adamları nəzarət edirlər. Ancaq şəhərin tikinti işlərində aparıcı şəxslərdən biri də iş adamı, keçmiş məhbus Müqayis Verdiyevdir. Onun Sumqayıt kimi böyük şəhərdə bu işləri görməsi və mövqe qazanması isə bəzi qaranlıq məqamlardan xəbər verir.
Məlumata görə, Zakir Fərəcovun qudasının köməyi ilə Sumqayıt şəhərindəki həyata keçirilən abadlıq işlərini üzərinə götürən Müqayis Verdiyevin sayəsində icra başçısı böyük qazanclar əldə etsə də, kənar müdaxilələr durumu dəyişib.
"Tikinti işlərində istifadə olunan matrealların qiymətlərini bir neçə dəfə qaldırılmaqla külli miqdarda vəsaitlər ciblərə axıdılır. Buna baxmayaraq, Zakir Fərəcov Sumqayıt şəhərində gördüyü işləri abadlıq, quruculuq kimi təqdim edir. Amma dövlət büdcəsindən, büdcə təşkilat rəhbərlərindən və iş adamlarından xərac kimi toplanan milyonlarla manat vəsaiti müxtəlif işlərin adı altında mənimsəmək ən böyük cinayətdir. Fərəcov bütün bunları nəzərə alaraq, vəziyyətdən çıxış yolu axtarır", - mənbə deyir.
Mənbə bildirir ki, bir müddət Sumqayıtda "quruculuq işləri" görən iş adamı ilə icra başçısının münasibətlərində soyuqluq da yaranıb.
Onun sözlərinə görə, Zakir Fərəcov iş adamının Sumqayıtda mövqe qazanması Fərəcocu ciddi narahat edib: "Bundan başqa, icra başçısı özünü kənar təzyiqlərin artıdığı bir məqamda yeni "qurban"lar verəcəyinin fərqindədir. Məhz bu üzdən də Sumqayıt şəhərinin mərkəzi küçələrində təmir tikinti işləri aparan iş adamı Müqayis Verdiyevlə yaxın günlərdə yollarını ayıracaq. Buna səbəb isə Müqyis Verdiyevin birdən birə Sumqayıt kimi böyük bir şəhərdə peyda olması və tikinti işlərininin ona verilməsinin mətbuatda xəbər kimi yayılmasıdır. Belə ki, iş adamına birdən birə milyonluq lahiyyələrin həvalə edilməsi hakimiyyətin bəzi dairələrində narazılıq yaradıb. Çünki iqtidardakı bəzi nazirlər Sumqayıt şəhərindəki abadlıq, quruculuq işlərinin özlərinə yaxın şəxslərə aid şirkətlərə verilməsində maraqlı idilər. Lakin Zakir Fərəcov tikinti işlərini heç kəsin ağlına gəlməyən Müqayis Verdiyevə həvalə etdi. Bu da onlarda qıcıq yaradıb".
Məlumata görə bütün bunları nəzərə alan Zakir Fərəcov Sumqayıtdakı tikinti işlərini Müqayis Verdiyevin əlindən almaq, bütün işlərin başına özünə daha yaxın olan qudası Akif Zeynalovu keçirtmək istəyir. Əslində, hazırda işlərə Akif Zeynalov nəzarət etsə də, işi görən şirkət Müqayis Verdiyevə aiddir. Bəlkə də, icra başçısı bununla görüntü yaratmaq və Verdiyevlə əlaqələrinin olduğunu arxa plana keçirmək istəyir. Hər halda bu məsələdə bir çox qaranlıq qalan sual var...
Qeyd edək ki, Müqayis Verdiyevin daha əvvələr Goranboy və İmişli rayon icra hakimiyyətləri ilə ciddi problemləri ortaya çıxmış və bu problemlər üzündən də həbs olunmuşdu. Müqayis Verdiyev bir neçə il öncə Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunaraq həbs edilsə də, o bunu Goranboyun icra başçısı Nizaməddin Quliyevin təxribatı adlandırmışdı. Bir neçə illik həbs həyatından sonra isə Müqayis Verdiyev 09 sentyabr 2015 ildə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə azadlığa çıxıb.
Məsələ ilə bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
598 dəfə oxundu