Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış baş verib, ölənlər var - VİDEO

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında baş verən güclü partlayış nəticəsində 2 nəfər ölüb.
APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.
Partlayışın məscidin girişindəki nəzarət-keçid məntəqəsində baş verdiyi təsdiqlənib. Terrorçu-kamikadze məscid kompleksinə daxil ola bilməyib. Zəvvarlar arasında zərərçəkənlərin olmadığı bildirilir.
Bundan əvvəl, Qətif şəhərində məscid qarşısında terrorçu-kamikadze özünü partladıb. Səudiyyə Ərəbistanının Mədinə şəhərində Məscid əl-Nəbavi (Peyğəmbər məscidi) yaxınlığında güclü partlayış baş verib.
APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib. İlkin məlumata görə, terrorçu-kamikadze məscidin girişindəki nəzarət-keçid məntəqəsində partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat verilmir. Peyğəmbər məscidi Məkkədəki Əl-Həram məscidindən sonra müsəlmanların ikinci ən müqəddəs ibadətgahıdır.
319 dəfə oxundu