Ramazan ayında 7 nəfəri ilan sancıb, 8 nəfər zəhərlənib

 Ramazan ayında 7 nəfəri ilan sancıb,


“Ramazan bayramı ərəfəsində 2 nəfər ilan sancması, 4 nəfər anitibotiklərdən zəhərlənmə, 1 nəfər isə əqrəb sancması ilə bağlı bizə müraciət edib”.

Bu barədə AzVision.az-a 1 saylı şəhər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O qeyd edib ki, bu müddət ərzində müraciət edən şəxslərin vəziyyəti orta ağır olub.

“Əqrəb sancması ilə bağlı müraciət edən şəxsin vəziyyəti yüngül idi, ona məsləhətlər verərək yola saldıq. Son bir ayda isə bizə 7 nəfər ilan sancması, 2 nəfər əqrəb sancması, 8 nəfər isə antibiotiklərdən zəhərlənmə ilə bağlı müraciət edib. Həmin şəxslərin vəziyyəti stabildir”.

A.Maqsudov ilan sancmaları ilə bağlı əsasən Bakıətrafı kəndlərdən, Aran rayonlarından, Yevlax, Qəbələ və Tovuzdan onlara müraciət olduğunu qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...