Qarabağ Qazisinin xeyirxah insanların köməyinə ehtiyacı var - müraciət
Azər Sarıyev 1973-cü ildə Bakıda anadan olub. 1980-90-cı illərdə orta təhsil alıb. 1991-ci ildə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırılıb. 1992-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 1993-cü ildə ailənin tək oğlu olduğuna görə, ordu sıralarından təxris edilib. Anadangəlmə ürək qüsurlu olduğundan onu ön cəbhəyə aparmaq istəməsələr də Azər Sarıyev könüllü olaraq döyüşlərə qatılıb.
Müharibədən sonra isə 1995-ci ildən başlayaraq tikinti sektorunda işləyərək halal zəhməti ilə ailəsini saxlamağa başlayıb. Bu il may ayında isə Azər ürəyində yaranan problemlərə görə əmək qabiliyyətini itirib. Müalicəsini isə tam olaraq davam etdirə bilmir. Yalnız taksi sürücüsü kimi işləyə biləcəyini deyir. A.Sarıyevin himayəsində olan ailə üzvlərinin hamısı bu gün çətin sosial vəziyyətdədir. Qarabağ qazisi imkanlı şəxslərə müraciət edərək ona dəstək olmalarını xahiş edir.
Deyir ki, sadəcə olaraq ilkin ödənişini əldə edə bilsə ucuz da olsa kredit yolu ilə bir avtomobil alıb ailəsini dolandırmaq istəyir. Və ölkədəki xeyriyyəçi, imkanlı şəxslərə müraciət edərək bu vəsaitin əldə edilməsində ona kömək etmələrini istəyir. Ümid edirik ki, Azərbaycanda xeyriyyəçi insanlar kifayət qədərdir və Qarabağ qazisinin bu çağırışına səs verəcəklər.
Azər Sarıyevə kömək olmaq istəyənlər 077 332 00 70 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Allah bütün xeyriyyəçi insanlara yardımçı olsun.
275 dəfə oxundu