Hər il 250 min insan öləcək

Hər il 250 min insan öləcək


Növbəti 14 ildə iqlim dəyişikliyi hər il 250 min nəfərin ölümünə səbəb olacaq. AzVision.az xəbər verir ki, bu barədə məlumat BMT-nin saytında yea alıb. Qeyd olunub ki, əsas ölüm səbəbləri malyariya, ishal, günvurma və aclıq olacaq. Eyni zamanda istiləşmə və rütubətin artması xəstəlik yayan həşəratların çoxalıb yayılmasına gətirib çıxaracaq:

“Həddindən artıq istilərdən və quraqlıqdan çoxlu sayda insan ziyan çəkəcək. Havanın çirklənməsi nəticəsində bitkilərin çiçəklənmə dövrü uzanacaq ki, bu da astma və allergiyadan əziyyət çəkən insanların sayını artıracaq. İstiləşmə və daşqınlar su mənbələrini çirkləndirəcək. Nəticədə çirkli sudan istifadə edənlər müxtəlif xəstəliklər tapacaqlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
197 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...