Ruslar Gürcüstana silah satışını bərpa etdi - 10 ildən sonra

Ruslar Gürcüstana silah satışını bərpa etdi -


Rusiyanın “Kalaşnikov” konserni 2006-cı ildə tətbiq edilmiş qadağadan sonra Gürcüstana mülki silahların tədarükünü bərpa edib.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə konsernin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib verib. Onun sözlərinə görə, şirkət yaxın 5 ildə tədarükün həcmini artırmaq niyyətindədir.

Konsern ilk dəfə olaraq Rusiyadan kənarda Tbilisinin “Kalibr” silah mağazasında brend-zona açıb. Konserndən bildiriblər ki, “Kalaşnokov”un Tbilisidəki brend-zonasında ənənəvi atıcı məhsullarla yanaşı, “Kalaşnikov” və “Baykal” markaları altında buraxılması planlaşdırılan əlavə məhsullar da təqdim olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
188 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...