Corabı cırıq siyasətçilər - Onlar necə biabır oldular?

 Corabı cırıq siyasətçilər -


Tanınmış insanlar hər zaman mətbuatın gündəmində olurlar. Onların gördükləri işlər, danışıqları, geyim formaları insanlar tərəfindən maraqla qarşılanır, müzakirələrə səbəb olur. Bu yaxınlarda Ukrayna prezidenti Pyotr Porşenkonun NATO-nun sammitində iştirak etmək üçün Varşavaya cırıq corabla gəlməsi sözün əsl mənasında əks-səda doğurmuşdu.

 Corabı cırıq siyasətçilər -


Milyardlarla biznesin sahibi olan prezidentin cırıq corab geyinməsi uşaqdan böyüyə hər kəsin marağına səbəb olmuşdu. Sosial şəbəkələrdə sual olunurdu ki, Poroşenko dünyanın diqqətlə izlədiyi sammitə niyə cırıq corabla gəlib?

Maraqlısı odur ki, Poroşenko corabı ilə gündəmə gələn yeganə siyasətçi deyil.

 Corabı cırıq siyasətçilər -


Kanadanın baş naziri Castin Tryudo bir müddət əvvəl rəngli corabları il gülüş hədəfinə çevrilmişdi. Kostyum, qalstukla bəzənmiş baş nazir Ottavada nazirlərin toplantısında üzərində yarpaqlar əks olunmuş qırmızı corabla görüntülənmişdi.
Corabların bu qədər maraq oyatmasına səbəb isə onun Kanada bayrağına oxşarlığı idi.

 Corabı cırıq siyasətçilər -


Corabları ilə diqqət mərkəzində olan məşhur siyasətçilərdən biri də Böyük Britaniyanın baş naziri Devid Kemeron olub. Baş nazirin ailəsi və yeni doğulan qızı barədə danışdığı “This Morning” (“Bu səhər”) adlı proqramında izləyicilərin diqqətini onun çıxışından sonra cırıq corabı cəlb edib.

 Corabı cırıq siyasətçilər -


Kemeron bununla KİV-in məzə obyektinə çevrilmişdi: “Ölkəni idarə edir, amma özünə corab ala bilmir”.

 Corabı cırıq siyasətçilər -

 Corabı cırıq siyasətçilər -

Dünya Bankının keçmiş prezidenti Pol Fulfovits Türkiyəyə səfəri zamanı çıxılmaz vəziyyətə düşmüşdü. Sabiq prezident məscidə girmək üçün ayaqqabılarını çıxararkən cırıq corabları diqqət çəkmişdi. Fotoqrafların obyektivinə tuş gələn prezidentin görüntüləri bir neçə gün KİV-lərin manşetlərində yer almışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...