Məzunları ən çox `2` almış rayonların adları - SİYAHI

Məzunları ən çox `2` almış rayonların adları -


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən bu il 9 və 11-ci siniflər üzrə keçirilən imtahanların nəticələrinə əsasən 36 min şagird Ana dilindən, 42 mindən çox şagird Riyaziyyatdan “2” qiyməti alıb.

IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2” qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2” qiyməti alıb.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, məzunları Ana dili və Riyaziyyatdan ən çox “2” alan 5 şəhər və rayonların adları müəyyən edilib.

Belə ki, 9-cu siniflər üzrə Ana dilindən Cəlilabad, Kürdəmir, Sabirabad, İmişli, Yardımlı rayonlarının məzunları, Riyaziyyatdan isə Daşkəsən, Cəlilabad, Kürdəmir, Sabirabad, Tərtər rayonlarının məzunları “2” qiyməti alıb.

11-ci siniflər üzrə Ana dilindən Sabirabad, Ağcəbədi, Daşkəsən, Kürdəmir, Ağsu rayonlarının məzunları, Riyaziyyatdan isə Sabirabad, Ağcəbədi, Daşkəsən, İmişli, Hacıqabul rayonlarının məzunları “2” qiyməti alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...