"Bacım erməni ilə bağlı belə cümlə işlətməyib" - xalq artistinin oğlu
Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzovanın ötən gün yayımlanan erməni ilə bağlı müsahibəsi böyük qalmaqala səbəb olub.
Axşam.az-ın məlumatına görə, stilistin qardaşı, aktyor və müğənni Cavidan Novruz məsələyə münasibət bildirib. O, bacısının yazısına verilən “İstədiyim vaxt erməninin yanına gedərəm...” başlığına və sosial şəbəkədə yazılan təhqirlərə çox əsəbiləşdiyini vurğulayıb:
“Yazını bu başlıqla yazıb, paylaşanı araşdırıram. Onu tapsam çox pis olacaq. Bunu etdirənlər - ermənilər boynunuzu yerə soxsun. Bir iş görə bilmirsiniz, başqalarını gözdən salmağa çalışırsınız. Kompüter araxasında oturub şərh yazanlar ancaq elə bunu bacarırsınız. Ona görə də tüpürüb buradan getmək istəyirəm.
Müsahibəni axıra kimi oxuyanda bilinir ki, Şəfəq elə cümlə işlətməyib. Bu qadından nə istəyirsiz? Heç nə edə bilmirsiniz, belə şeylərlə diqqət çəkməyə çalışırsınız. Əsəbdən partdıyıram, səni tapıb həyatda necə addım atmağı öyrədəcəm. Bu ailəni hamı sevir, çünki onun başçısı Qarabağ mövzusunda həssas və 2 şəhid vermiş adamdı. O kişinin qızı və oğlu belə səhvə yol verər?”.

275 dəfə oxundu