Gürcülər oktyabrdan Avropaya vizasız gedəcəklər

Gürcülər oktyabrdan Avropaya vizasız gedəcəklər


Gürcüstan Avropa İttifaqı (Aİ) ölkələri ilə vizasız rejimə bu ilin oktyabr ayında müvəffəq olacaq.

Trend RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Avropa İttifaqının (Aİ) Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Batumidə bildirib.

O deyib ki, Gürcüstan viza rejiminin liberallaşdırılmasına dair bütün şərtləri həyata keçirib: "Bu, Gürcüstan höküməti tərəfindən müvəffəqiyyətli reformaların həyata keçirilməsi nəticəsində baş tutub".

Qeyd edək ki, Y.Han Gürcüstanda iki günlük səfərdədir. Hazırda o Batumidə keçirilən "Gürcüstanın Avropa yolu" beynəlxalq konfransda iştirak edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...