Almaniya üzr istəməyə hazırlaşır - Soyqırıma görə

Almaniya üzr istəməyə hazırlaşır -


Almaniya 20-ci əsrin əvvəlində indiki Namibiyada yaşayan herero və nama xalqlarına qarşı işlədiyi qırğına görə üzr istəməyə hazırlaşır. Avropa.info xəbər verir ki, Almaniya hökuməti Namibiyada 1904 - 1907 illər arasında baş vermiş və 20-ci əsrin ilk soyqırımı olaraq xarakterizə edilən hadisələri soyqırım olaraq qəbul edib.

Buna görə də prezident Yoahim Gauk Almaniya hökumətinin adından Namibiyadan rəsmi olaraq üzr istəyəcək. Ölkənin xarici işlər nazirliyi tərəfindən verilən açıqlamaya görə iki ölkə arasında davam edən danışıqların bu ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Almaniya və Namibiya hökumətləri ilə parlamentləri tərəfindən razılaşdırılacaq ortaq mətndə, baş verənlərin rəsmən soyqırım olaraq ifadə ediləcəyi bildirilir.

“Tagesschau.de”-nin xəbərinə görə Almaniya prezidenti Gauk hökumətin adından üzr istəmək vəzifəsini öz üzərinə götürüb. Almaniya və Namibiyanın iki ölkə arasındakı əlaqələri inkişaf etdirmək məqsədilə bir vəqf qurmağa hazırlaşdığı və dəniz suyunun təmizlənməsi kimi müştərək layihələrə də imza atmağa hazırlaşdığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
225 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...