Bakıda qarpız alanlar üçün cihaz satışı başladı - ÖZƏL

Bakıda qarpız alanlar üçün cihaz satışı başladı -


Bakıda qarpız və digər kənd təsərrüfatı məhsullarının keyfiyyətini ölçən cihazın satışına başlanılıb. GUNDEMİNFO.AZ yazır ki, satış hələlik sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Və mövsümün ən çox satılan məhsulu olan qarpız alanlanlar üçün təşdim edilir. Ecotester adlanan bu cihazın qiyməti barədə heç bir məlumat verilmir. Sadəcə olaraq müştərilərə fərdi qaydada müraciət etmək tövsiyyə edilir.

Redaksiyamızın əməkdaşlarının etdikləri müraciət zamanı bəlli olub ki, bu cihazlar Rusiya istehsalıdır və Almaniyada testdən keçirilib. Əməkdaşımıza məlumat verən satıcı ecotesterin Azərbaycanda rəsmən standart aldığını desələr də, standartın ötən ilə aid olduğunu və bu barədə rəsmi icazənin olub-olmadığını deyə bilməyiblər.

Maraqlıdır ki, qarpız üzərində tətbiq edilən bu cihazlar vasitəsilə məhsulların tərkibindəki nitratların (dərman, gübrə red.) miqdarını və təzə, eyni zamanda köhnə olduğunu göstərir.

Bakıda qarpız alanlar üçün cihaz satışı başladı -
Bakıda qarpız alanlar üçün cihaz satışı başladı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...