Ronaldo yeni maşınını belə təqdim etdi: “Yırtıcı gəlir” – FOTO+VİDEO

Ronaldo yeni maşınını belə təqdim etdi:


O, kolleksiyasını “Bugatti Veyron”la genişləndirib. “Real”ın və Portuqaliya millisinin hücumçusu avtomobil kolleksiyasına daha birini əlavə edib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, Avropa çempionu bu barədə “Instagram” səhifəsində yazıb: “Yırtıcı gəlir”. O, kolleksiyasını dünyanın ən sürətli və bahalı avtomobillərindən sayılan “Bugatti Veyron”la genişləndirib.

Portuqaliyalı futbol ulduzunun “maşın xəstəsi” olduğu heç kimə sirr deyil. Onun qarajında “McLaren MP4-12 Spyder”, “Ferrari 599 GTO” və “Rolls-Royce Phantom” kimi markalar var. Maraqlıdır ki, Ronaldo 8 il əvvəl məhz bu maşının reklam çarxına çəkilib. O, “Nike” butslarını geyinərək qısa məsafədə “Bugatti Veyron”la ötüşmüş və qalib gəlmişdi.


Ronaldo yeni maşınını belə təqdim etdi:
Ronaldo yeni maşınını belə təqdim etdi:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
264 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...