Türkiyədə təslim olan hərbçilərin sayı 700 oldu

Türkiyədə təslim olan hərbçilərin sayı 700 oldu


Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı 700 nəfərə çatıb. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir. Onların arasında Türkiyə ordusunun yüksək vəzifəli zabitləri də var.

Bundan əvvəl hərbi çevrilişə cəhddə iştirak edən 200 hərbçinin təslim olduğu bildirilirdi. Qeyd edək ki, şənbə gününə keçən gecə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində 90 məfər həlak olub, 150-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
404 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...