“Rusiya ilə münasibətlərimizi bu alçaqlar korlamışdılar” - Merdən şok açıqlama

“Rusiya ilə münasibətlərimizi bu alçaqlar korlamışdılar” -


Ankara meri Melih Gökçek CNN Türk-ün canlı efirində gündəmə çevrilən açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, Türkiyədəki hərbi çevrilişdə iştirak edənlərin arasında Rusiyaya məxsus “Su-24” təyyarəsini vuran pilot da olub.

Gökçekin sözlərinə görə, həmin bombardmançı pilot hökumət tərəfindən terroru təbliğ etməkdə ittiham edilən Fətullah Gülənin təşkilatının üzvüdür: “100 faiz əminəm ki, bu insident həmin strukturda işləyən pilotun iştirakı ilə baş verib. Bu günə qədər biz bunu dilə gətirmirdik. Amma mən-Melih Gökçek bəyan edirəm ki, bizim Rusiya ilə münasibətlərimizi məhz bu alçaqlar korlamışdılar”.

Mer əlavə edib ki, “paralel hökumət” Türkiyəni beynəlxalq arenada zəiflətmək planını həyata keçirməyə çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
245 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...