İncirlik aviabazasının komandanı ABŞ-dansığınacaq tələb edib

İncirlik aviabazasının komandanı ABŞ-dansığınacaq tələb edib


Türkiyədə hərbi çevrilişə cəhd etməkdə təqsirləndirilən İncirlik aviabazasının komandanı Bəkir Ərcan Vanın saxlanılmadan öncə ABŞ-dan sığınacaq tələb etməsi aşkarlanıb.

Strateq.az türk mətbuatına əsasən xəbər verir ki, ABŞ-ın “New York Times” qəzeti İncirlik aviabazasının komandanı Bəkir Ərcanın çevriliş cəhdinin uğursuz olması ilə birlikdə ABŞ-dan sığınacaq tələb etdiyini yazıb.

Amerikalı məsul şəxslərin sığınacaq tələbini rədd etməsindən sonra ABŞ-a getmək ümidini itirən Bəkir Ərcan dünən saxlanılıb.

Hərbi çevriliş etməyə cəhd edən general Ankara və İstanbulda “F16” qırıcı təyyarələrin havada qalması üçün tanker təyyarələr təşkil etməkdə günahlandırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...