Bazar günü      6 aprel 2025     22:46:26  

Dolların bahalaşması davam edir - rəsmi məzənnə 1.65-ə yaxınlaşır

Dolların bahalaşması davam edir -


Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,67% artaraq 1,6490 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,6381 manata bərabər olub.

Bununla da dollar manata qarşı illik maksimumu yeniləyib. Bundan öncə dolların rəsmi məzənnəsi il ərzində ən yüksək həddə martın 11-də çatıb. Bu zaman 1 dollar 1,6456 manata bərabər olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
272 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...