Türkmənistanda FETÖ əməliyyatı - 19 iş adamı tutuldu

Türkmənistanda FETÖ əməliyyatı -


Türkmənistanın Ahal vilayətində xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı 19 nəfər saxlanılıb. Bu barədə AzVision.az Türkmənistan KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən saxlanılanların böyük əksəriyyəti biznesmenlərdir. Onların hamısı Türkmənistan -Türkiyə məktəbləri və ya Türkiyə universitetlərinin məzunlarıdır. Onlar Fətullah Gülənin yaratdığı “Hizmət” hərəkatı ilə əlaqədə şübhəli bilinirlər.

Nəşr xatırladır ki, sentyabrın 13-də Türkmənistan və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Rəsmi məlumatlara əsasən, liderlər bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər. Qeyri-rəsmi məlumatlara görə, telefon danışığı zamanı söhbət “bütün region üçün təhlükə törədə biləcək” Gülən tərəfdarları ilə birgə mübarizədən gedib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
281 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...