Əli Abbasov haqda cinayət işi açıldı

Əli Abbasov haqda cinayət işi açıldı


Keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov baəsində cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə keçirilən məhkəmədə məlumat verilib. Belə ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxışı zamanı bildirib ki, Əli Abbasov və nazirliyin digər vəzifəli şəxsləri ilə bağlı da cinayət işi açılıb.

Həmin cinayət işi üzrə istintaq ayrıca icraata verilib. Nazirin ittiham olunduğu maddələr açıqlanmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...