`Pakistan aprel döyüşlərində Azərbaycanı dəstəklədi` - Şarmazanov

 `Pakistan aprel döyüşlərində Azərbaycanı dəstəklədi` -


Pakistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasında (PA) müşahidəçi statusunun verilməsi məsələsi Ermənistan nümayəndə heyətinin səyi nəticəsində Şuranın gündəliyindən çıxarılıb. AzVision.az “Sputnik Ermənistan”-a istinadən xəbər verir ki, bu barədə KTMT PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Eduard Şarmazanov bildirib.

Onun sözlərinə görə, bu barədə Ermənistan tərəfi Rusiya Dövlət Dumasının sədri Vyecaslav Volodinə məktubla müraciət edib. Məktubda Ermənistan tərəfinin mövqeyi əks olunub. Şarmazanov bildirib ki, Pakistan Ermənistanın müstəqilliyini tanımır, bundan əlavə Qarabağ münaqişəsinin nizamlanması prosesində birmənalı olaraq Azərbaycanı dəstəkləyir.

Onun sözlərinəm görə, Pakistan aprel hadisələri zamanı Azərbaycanı dəstəklədi. Bu məktubun müzakirəsi zamanı Pakistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasında (PA) müşahidəçi statusunun verilməməsi barədə qərar qəbul edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyası (PA) iclası noyabrın 24-də Sankt Peterburqda keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
365 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...