Ramil Usubov yol polisi zabitini işdən qovdu - sürücünü təhqir etdiyinə görə

Ramil Usubov yol polisi zabitini işdən qovdu -

Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşını işdən qovub. Bakipost.az-a daxil olan məlumata görə, 2017-ci ilin yanvar ayında öz şəxsi avtomobili ilə Nizami rayonu ərazisində, Rüstəm Rüstəmov küçəsi ilə hərəkət edən Həbib Nuruşov adlı Bakı sakini həmin vaxt orada xidmət aparan yol polisləri tərəfindən saxlanılıb.

Onun idarə etdiyi BMW markalı 10 VP 102 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılmasına səbəb isə yol hərəkəti qaydalarını pozması olub. H.Nuruşov ona yaxınlaşan Vüqar Abbasov və Vüsal Nəcəfov adlı polis əməkdaşlarına qaydanı pozduğunu etiraf edib və buna görə cərimə ödəməyə hazır olduğunu deyib. Sürücü polislərdən “eyni yol hərəkəti qaydasını məndən əvvəl və sonra pozan sürücüləri hansı səbəbdən saxlamırsınız” sualını verdikdə isə təhqir edilib.

Yol polisləri H.Nuruşova vəziyyəti izah etmək əvəzinə, kobud şəkildə “Əcəb edirəm, lap gözünü də tökərəm, sözün var? Get kimə istiyirsən de!”, - deyə cavab veriblər. Həbib Nuruşovun vəkili, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib ki, bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət ünvanlanıb.

Bundan sonra isə Bakı Şəhər Baş Polis İdarəsindən sürücünün müraciətinə cavab verilib. Cavab məktubunda qeyd olunub ki, şikayət olunan polis zabitlərinin əməlləri araşdırılıb və onlardan biri - Vüqar Abbasovun işdən azad edilməsi ilə bağlı qərar verilib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin polis zabiti ilə bağlı dəfələrlə şikayət edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...