İntizam Komissiyasından Əliağa Hüseynova ETİRAZ: “Deputata söyüş yaraşmır”

İntizam Komissiyasından Əliağa Hüseynova ETİRAZ:


Milli Məclisin deputatı Əliağa Hüseynovun ötən gün saytımızın əməkdaşının telefon zənginə söyüşlə cavab verməsi barədə məlumat vermişdik. Deputatın jurnalistlə bu formada davranışı ilə bağlı Milli Məclisin İntizam Komissiyası hansı ölçü götürə bilərmi?

Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abiyev Modern.az-a açıqlamasında məsələylə bağlı deyib. “Əliağa Hüseynovun söyüş söyməsinə Milli Məclisin İntizam Komissiyası baxa bilməz. İntizam Komissiyası adətən Milli Məclisin iclaslarında çıxış edərkən nizam-intizamı pozan deputatların işinə baxır. Bu cür məsələlər Milli Məclisin daxili işi olmadığından ona baxa bilməyəcəyik”.

Ağacan Abiyev söyüş söyməyi hansısa deputata yaraşdırmadığını da söyləyib. “Söyüş söymək hansısa deputata yaraşmır. Hər kim olursan-ol, söyüş söymək nə deməkdir?! Hansısa deputatın bu formada söyüş söyməsini qəbul etmək olmaz. İnsan nə qədər əsəbi olsa belə, ağzından çıxan sözlərə fikir verməlidir. Söyüş heç kəsə yaraşmır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
611 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...