Danford və Gerasimovun niyə məhz Bakını seçdiyi bilindi

Danford və Gerasimovun niyə məhz Bakını seçdiyi bilindi


“Nyu York Tayms” ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasındakı görüşün niyə məhz Bakıda keçirilməsini öyrənə bilib.

Axar.az xəbər verir ki, tərəflər üçün görüş yerinin seçilməsi elə də asan olmayıb. Belə ki, Rusiya tərəfi Danforda görüş üçün Moskva və ya Belarusa gəlməsini istəyib. Pentaqon tərəfindən isə öz növbəsində Gerasimova Qərbi Avropa variantı təklif olunub. Lakin Ukraynadakı konfliktdə əsas fiqurlardan biri kimi Gerasimova qarşı sanksiyalar tətbiq edilməsi onun Avropaya gedişini mümkünsüz edib. Bütün bunlardan sonra görüşün Bakıda keçirilməsi qərarı verilib.

Qeyd edək ki, iki ölkə arasında son üç il ərzində ilk dəfə belə yüksək səviyyədə görüş keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...