Putin həqiqətən dünyanın ən varlı adamıdırmı?

Putin həqiqətən dünyanın ən varlı adamıdırmı?


Qərb mətbuatında Rusiya prezidentinin hüdudsuz varidatı yenidən gündəmə gətirilir. Rusiya prezidenti Vladimir Putinin 17 illik hakimiyyəti dövründə 200 milyard dollarlıq sərvətə, 58 təyyarəyə, habelə 20-dən çox saray və şəhərkənarı villalara sahib olduğu barədə informasiyalar yayılıb.

“Rusiya prezidentini dünyanın ən varlı adamı saymaq mümkündür. Ekspertlərin fikrincə, onun aktivləri 200 milyard dolları keçir”, -Britaniyanın “Daily Mail” qəzetinin yazarı Kelli Maklaflin yazır.

Qəzet davam edir: Rusiyada fəaliyyət göstərən investisiya fondlarından birinin keçmiş rəhbəri Billi Brauder də Kremlin sahibinin varidatının 200 milyard dolları ötdüyünü bildirir. Putinin hakimiyyətdə olduğu 17 il ərzində ölkədə məktəb, yol və xəstəxanalara xərclənməyən pullardan külli miqdarda sərvət əldə edib. Bütün bu pullar banklara, daşınmaz əmlaka, “hec-fond”lara yönəldilib və Putinin maraqları naminə idarə edilir”, - Brauder qeyd edib.

“Rusiyalı politoloq Stanislav Belkovskiyə görə isə Putinin əmlakının böyük hissəsi neft biznesinə yönəlib. Rusiya prezidenti “Surqutneftqaz”ın 37%-nə, “Qazprom”un isə 4,5%-nə nəzarət edir. Bundan başqa, Putin “Gunvor” xammal treyderində xüsusi paya malikdir. “Time” qəzetinin yazdığına görə, bu şirkət təkcə 2012-ci ildə 93 milyardlıq gəlir əldə edib.

Belkovski “The Bureau of Investigative Journalism” saytına verdiyi müsahibədə Putinin sərvətinin 70 milyard dollar civarında olduğunu söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
381 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...