Qorbaçov Almaniyadakı villasını satır

Qorbaçov Almaniyadakı villasını satır


Keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Almaniyanın Bavariya bölgəsindəki villasını 7 milyon avroya satışa çıxarıb.

“Report” xəbər verir ki, məlumatı Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yayıb.

Villanın yerləşdiyi Oberax şəhərinin meri Kristian Kyok bildirib ki, M.Qorbaçov sonuncu dəfə 3 il əvvəl bu evdə olub: “Halbuki sakinlər əvvəllər onunla şəhərin küçə və restoranlarında tez-tez rastlaşırdılar”.

Qəzetin yazdığına görə, Qorbaçovlar ailəsi 11 il əvvəl Teqernzee gölünün ətrafında torpağı və malikanəni alıblar. 17 otaqlı bu malikanə 1908-ci ildə tikilib. 2006-cı ildə binanı Mixail Qorbaçovun yeganə qızı İrina Virqanskaya alıb. Villanın sahəsi 2,6 min kv metrdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...