Prezidentin nəvəsi vitse-prezident seçildi

Prezidentin nəvəsi vitse-prezident seçildi


Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev ölkə Futbol Federasiyasının vitse-prezidenti seçilib. Bu barədə qərar qurumun bu gün keçirilən iclasında qəbul olunub.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Aystultan Nazarbayev vitse-prezident kimi FİFA, UEFA və milli assosiasiyaya üzv qurumlarla əlaqələndirmə işlərinə rəhbərlik edəcək.

Xatırladaq ki, daha əvvəl Aysultan Nazarbayev Qazaxıstan Futbol Federasiyasının işini və onun keçmiş rəhbəri Yerlan Kojaqapanovu dəfələrlə tənqid edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...