Arif Əsgərovun qohumu məhkəmə zalından azadlığa buraxıldı

Arif Əsgərovun qohumu məhkəmə zalından azadlığa buraxıldı


Səbail Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə verilən vəsatətə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə vəsatəti təmin edib. E. Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, E. Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. İttihama əsasən, E. Hüseynov dələduzluq etdikdən sonra ölkədən qaçıb. Onun barəsində İnterpol xətti ilə axtarış elan olunub və o, 2016-cı ildə Qazaxıstanda həbs olunub.

E. Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
280 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...